Misli Premyer Liqasının XXXI turunda "Neftçi" "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub görüşü şərh edib:
"Biz "Neftçi" olaraq çalışırıq ki, klubun adına layiq oyun nümayiş etdirək. "Neftçi" elə komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol göstərməlidir. Pressinq tətbiq etməlidir. Bizdən aşağıda gedən komandalara qarşı oyunda daha tez qol vururuqsa, oyun daha da asan olur. Bəzən bu, bizdə yaxşı alınır. Bu gün də erkən qol vurduq. Qol epizodlarımız çox idi. Amma bunu qola çevirə bilmirdik. İkinci hissədə ilk hissədə edə bilmədiklərimizi reallaşdırdıq. Mənə xoşdur ki, oyunçularım bunu dərk edirlər. Oyunun ilk dəqiqələrindən arxada oturub elə oyun göstərmirlər. "Qarabağ"a qalib gəldiyimiz oyunda bir nömrə ilə oynamırdıq, ikinci nömrə ilə çıxış edirdik. Bu da bizə uğur gətirdi".


