"Oyun çox çətin keçdi”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında "Karvan-Yevlax"ın baş məşqçisi Fizuli Məmmədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb:

“Oyuna çox ciddi hazıraşmışdıq. Qalib gəlmək istəyirdik.

Meydançanın bir qədər sürüşkən olması oyunçularımıza çətinlik yaratsa da, meydanda sona qədər mübarizə apardılar. Hazırki durumumuzda bizim üçün hər bir xal qızıl dəyərindədir. Matçın gedişatı elə idi ki, həm qalib gələ, həm də məğlub ola bilərdik. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzulayıram".

Qeyd edək ki, 7 xalı olan “Karvan-Yevlax” turnir cədvəlinin sonuncusudur.