Misli Premyer Liqasının XXI turu Azərbaycan çempionatının son doqquz mövsümündə qeydə alınan ən aşağı məhsuldarlıq göstəricisini təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, turun keçirilmiş beş oyununda cəmi 5 qol vurulub ki, bu da orta hesabla hər matça 1,00 qol deməkdir.

Keçirilən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

"Turan Tovuz" və "Araz-Naxçıvan" rəqiblərini 2:0 hesabı ilə üstələyib.

"Sabah" minimal hesablı (1:0) qələbə qazanıb.

"İmişli" - "Şamaxı" və "Sumqayıt" - "Qəbələ" duelləri qolsuz başa çatıb.

"Neftçi" – "Qarabağ" matçı isə təxirə salınıb.

Bu göstərici həm cari mövsümün ən aşağı nəticəsidir, həm də son 9 ilin antirekordunun təkrarıdır. Analoji vəziyyət sonuncu dəfə 2024-cü ilin noyabrında (XII tur) yaşanmışdı. Maraqlıdır ki, məhsuldarlıq göstəricisi ardıcıl ikinci turdur ki, aşağı düşməkdə davam edir (ötən tur bu rəqəm 1,33 idi).

Azərbaycan çempionatlarında bundan daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümündə qeydə alınıb. Həmin vaxt turun 4 oyununda cəmi 3 qol vurulmuşdu (orta göstərici 0,75).