Azərbaycanlı Rafael Fiziyev UFC313 yarışında martın 9-da ABŞ təmsilçisi Castin Qeyciyə qarşı döyüşə Tailandda hazırlaşır.
Bu barədə Offsideplus.az saytına Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov məlumat verib.
Onun sözlərinə görə, R.Fiziyev iki səbəbdən Tailandı seçib: "Əvvəla ona görə ki, Rafaelin Tailandda evi var, ailəsi ilə birgə orada yaşayır. Bundan başqa, Tailandın iqlimi hazırlıq üçün ilboyu çox münasibdir. Bizim digər idmançılarımız da adətən bu ölkədə təlim-məşq toplanışında olurlar".
Qeyd edək ki, R.Fiziyevin Castin Qeyci ilə döyüşü ABŞ-ın Las-Veqas şəhərindəki "T-Mobile Arena"da gerçəkləşəcək.



