"Qarabağ" 2024/25 mövsümündə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. "Real"ın turnirin son qalibi olması buna imkan yaradıb. Görəsən, "Qarabağ"ın ÇL-də mübarizəyə II təsnifat mərhələsindən başlaması üstünlükdür? Faydaları nədir və ya pis tərəfi varmı? Bu sualları tanınmış agent Emil Şükürov ünvanladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“İstənilən halda II təsnifat mərhələsindən başlamaq üstünlükdür. Burada əsas məqamlardan biri “Qarabağ’ın səpələnmişlər səbətində olması və buna uyğun düşəcək rəqibdir. İkinci mərhələdə rahat olmayan rəqiblər var. İnanıram ki, “Qarabağ” bu mövsüm də oyunu və nəticələri ilə bizi sevindirəcək”.