"Sabah" klubu yeni fan-şopunu təqdim edib. 

Offsideplus.az xəbər verir ki, klubun "İçərişəhər"də yeni azarkeş mağazası fəaliyyətə başlayıb.

Mağazada azarkeşlər həm kluba aid müxtəlif geyim və aksessuarları ala, həmçinin "Coffee Costa"nın ləziz içkilərindən dada bilərlər.

Ünvan: Asəf Zeynallı 65 (Qız qalasının yanı).