Fransa yığmasının və PSJ klubunun sabiq futbolçusu Kristof Jalle karyerasını başa vurub.

Offsideplus.az  xəbər verir ki, cinah müdafiəçisi 37 yaşında futbolla vidalaşıb.

Fransalı oyunçu son olaraq "Amyen"də çıxış edib. Aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və komanda aşağı liqaya düşüb.

Qeyd edək ki, Kristof Jalle 2012/13 və 2013/14 mövsümündə PSJ ilə ölkə çempionu olub.