"Barselona" klubu əsas qapıçısı Mark-Andre Ter Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, tərəflər son zamanlar danışıqlarda irəliləyiş əldə ediblər. Bildirilib ki, 29 yaşlı qolkiperlı müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılacaq. Onunla bu mövsümün sonuna kimi rəsmi müqavilə imzalanacağı ehtimal edilir.

Qeyd edək ki, Ter Ştegenin klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır