İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Offsideplus.az xəbər verir ki, 20 klubda bütovlükdə 1200 nəfərin testdən keçdiyi bildirilib. Testlər nəticəsində 2 nəfərdə koronavirus aşkarlanıb. Bu şəxslərdən biri “Norviç Siti” klubunun üzvüdür. Digəri isə hələlik məlum deyil.
Qeyd edək ki, koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də başlayacaq