Fransanın PSJ klubunun futbolçusu Neymarın sözügedən ölkəyə qayıdacağı tarix məlum olub.
Offsideplus.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu bu gün Parisdə olacaq.
Onun 1 həftəlik karantindən sonra iyunun 22-də komanda ilə birlikdə məşqlərdə iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, 28 yaşlı forvard koronavirus pandemiyası ilə bağlı yaranmış fasilədə ölkəsinə yollanmışdı. Fransa Liqa 1-də cari mövsüm ləğv olunub, PSJ isə çempion elan edilib.