"Liverpul”un futbolçusu Məhəmməd Salah növbəti jesti ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, Salah bu dəfə avtomobili olanlara benzin hədiyyə edib. Misirli futbolçu "Bentley” markalı avtomobili ilə yanacaqdoldurma məntəqəsinə gəlib.

O, həmin vaxt orda olan bütün avtomobillərə yanacaq hədiyyə edib. Salahın bu jestinə komanda yoldaşı Deyan Lovren zarafatyana reaksiya verib. O, "tvitter”də belə yazıb: "Eşitmişəm ki, Mo hamıya benzin hədiyyə edib. Bəlkə bir dəfə də mənə kofe alsın”.