“Qarabağ” klubunun “Səbail”lə keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, iyunun 13-də keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl “Sabah”la qüvvəsini sınayıb və 5 cavabsız qolla qalib gəlib. “Səbail” isə “Zirə” ilə heç-heçə edib – 2:2.