İspaniya millisinin vingeri Lamin Yamal UEFA Millətlər Liqasının seçmə mərhələsinin 3-cü turunda Danimarka yığmasına qarşı keçirdikləri matçdan (1:0) sonra millinin düşərgəsini tərk edib.

Offsideplus.az xəbər verir ki, informasiyanı İspaniya Kral Federasiyasının rəsmi saytı yayıb.

Məlumata görə, Yamalın Danimarkaya qarşı oyunda zədədən qaçdığı, futbolçuda yalnız əzələ yüklənməsi olduğu qeyd edilib. Yığmanın həkimlərinin Laminin səhhəti ilə bağlı risk etmək istəmədikləri üçün onun "Barselona"nın düşərgəsinə qayıtmasını uyğun saydıqları ifadə ediblər.