UEFA prezidenti Aleksander Çeferin bəzi futbolçu və məşqçilərin oyun təqviminin həddən artıq yüklənməsi ilə bağlı şikayətlərinə aydınlıq gətirib.
Offisedplus.az "Football Talk" a istinadən, Avropa futbolunun rəsmisinin bu barədə fikrini təqdim edir:
"Etiraf etməliyik ki, oyun təqvimi ağzınacan doludur. Türkiyə və Almaniyadan UEFA Millətlər Liqasında çətin qələbə haqqında kimlər şikayət edirlər? Ən yüksək maaş alanlar, həmçinin sərəncamında 25 ən yaxşı oyunçu olan klublar. Daha az maaş alanlar və 11 futbolçudan ibarət heyətlər şikayətlənmirlər".
Qeyd edək ki, UEFA başçısının bu fikri futbolun içində meydanda olan futbolçuların və bu oyuna nəzarət edən məşqçilərin baxışı ilə ziddiyyət təşkil edir.