Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveçə qarşı Millətlər Liqasının seçmə mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis sabah keçiriləcək oyunu şərh edib, jurnalistələrin suallarını cavablandırıb. F.Santuş bu sözləri deyib:

"Komandanın zəif nöqtələrin müzakirə etmişik. Oyunçularda qələbə qazanmaq üçün istək görürəm. Ümumi götürəndə oyunçular klublarında demək olar ki, daim oynayırlar. Rəqibin son 4 oyununu izləmişik. Son dörd oyundan öncə baş məşqçiləri başqa idi. Yeni məşqçi ilə çıxdıqları oyunları izləmişik. Zəif nöqtələrini tutub həmin nöqtələrdən vurmağa çalışacağıq. Onlar hücum edəndə necə müdafiə olunacağımızı və əks hücumları məşqlərdə çalışmışıq. Hücum taktikalarında onların qarşısını almağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - İsveç oyunu 5 sentyabr saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.