Futbol üzrə Millətlər Liqasının C1 qrupunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxıb.

Offsideplus.az xəbər verir ki, biletlərin qiymətləri 2-20 avro (təxminən 4-38 manat) arasında dəyişir.

Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.