Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində oyunlarının təqvimi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yığmamız 2024/2025-cü illər mövsümünə sentyabrın 5-də İsveç seçməsinə qarşı ev görüşü ilə başlayacaq.

Komandamızın Millətlər Liqasının qrup mərhələsində son matçı da İsveç millisinə qarşı olacaq.

UEFA Millətlər Liqası

5 sentyabr

Azərbaycan – İsveç

8 sentyabr

Slovakiya – Azərbaycan

11 oktyabr

Estoniya – Azərbaycan

14 oktyabr

Azərbaycan – Slovakiya

16 noyabr

Azərbaycan – Estoniya

19 noyabr

İsveç – Azərbaycan