Bu gün futbol üzrə Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Offsideplus.az xəbər verir ki, C divizionunda yarışacaq Azərbaycan yığmasının rəqiblərinın adına aydınlıq gələcək.

Tədbir Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək püşkatmada millimiz Kosova, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alacaq. Yığmamız 1-ci, 3-cü və 4-cü səbətdəki komandalardan birinə rəqib olacaq. Qaydalara görə, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməz.

1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq.
2-ci səbət: AZƏRBAYCAN, Bolqarıstan, Kosova, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr.
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya.

Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov təmsil edəcəklər.