Noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsi çərşivəsində Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha üç futbolçu cəlb edilib.

Offsideplus.az xəbər verir ki, Almaniyanın “Koblenz” komandasının üzvü Nihat Fərəcli, Bolqarıstanın “Arda Kardzhali” klubunun futbolçusu Cəlal Hüseynov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə millinin İspaniyadakı düşərgəsinə qoşulub.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.