Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

"Kəpəz" öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Günün digər oyununda lider "Zirə" "Araz-Naxçıvan"ın qonağı olub. Naxçıvan təmsilçisi bu matçda 1:0 hesablı qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası
VIII tur

16:00 "Kəpəz" - "Qəbələ" 0:1 

Qol: Bilel Auaşeriya, 52

Baş hakim: Rauf Cabarov
Gəncə şəhər stadionu

18:30 "Araz-Naxçıvan" - "Zirə" 1:0 

Qol: Nuno Rodriges, 78
Baş hakim: Əli Əliyev 
Dalğa Arena