AFFA rəsmisi UEFA-dan təyinat alıb. 

Offsideplus.az xəbər verir ki, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyunda iştirak edəcək. 

Qadınlardan ibarət komandalar arasında ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasının oyunları çərçivəsində sentyabrın 26-da keçiriləcək Macarıstan – İrlandiya qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.