UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində bu gün baş tutmalı olan İsveçrə - Ukrayna görüşü təxirə salınıb.

Offsideplus.az Ukrayna Futbol Assosiasiyasına istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyası olub. Belə ki, Ukrayna millisinin 6 futbolçusunda koronavirusa yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, iki gün öncə Rumıniya - Norveç matçı da eyni səbəbdən ləğv olunmuşdu