PSJ-nin ulduzu Kilian Mbappe gələn həftədən milliyə geri dönəcək.

Offsideplus.az xəbər verir ki, Fransa milli komandasının baş məşqçisi Didye Deşam bu barədə açıqlama verib. Deşam ötən gecə baş tutan Portuqaliya - Fransa (0:1) görüşü sonrası keçirilən mətbuat konfransında 21 yaşlı hücumçunun vəziyyətinə aydınlıq gətirib. 

"Oyunda olacaq, həvəsli və hazırdır", - deyə 52 yaşlı mütəxəssis qeyd edib.

Xatırladaq ki, Fransa - İsveç görüşü 17 noyabr Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.