Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı referi UEFA Millətlər Liqasında B Liqasının 4-cü qrupu üzrə baş tutacaq Bolqarıstan - Uels matçını idarə edəcək.
Ona Akif Əmirəli və Zeynal Zeynalov yan xətt, Rəhim Həsənov isə dördüncü hakim qismində yardımçı olacaq. Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, görüş oktyabrın 14-də saat 22:45-də Sofiyadakı Vasil Levski adına Milli Stadionda baş tutacaq.