UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman yerli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yığmanın heyətində koronavirusa 2 yoluxma halı qeydə alındığından komandanın sözügedən matçda iştirak etməməsinə qərar verilib.
Qeyd edək ki, görüş sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi. Çexiya ilk turda səfərdə Slovakiyanı 3:1 hesabı ilə məğlub edib.