"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matic Serbiya millisindəki karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, Matiç Serbiya Futbol Federasiyası ilə yaşadığı münaqişənin ardından bu qənaətə gəlib. Qurum rəsmiləri onu qərarından vaz keçirmək cəhdi uğursuz olub.
Qeyd edək ki, yarımmüdafiəçi Serbiya millisinin UEFA Millətlər Liqası çərçivəsində sentyabrda keçiriləcək Rusiya və Türkiyə oyunları üçün milliyə çağırılmışdı. 32 yaşlı futbolçu yığmanın heyətində 48 matç keçirib.