Azərbaycanın U-21 yığması səfərdə Cəbəllütariqli yaşıdları ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, görüş Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub.
Millimiz 6 komandanın yer aldığı B qrupunda mübarizə aparır.
Gənclərimiz ilk 4 oyunda 2 heç-heçə və 2 məğlubiyyətlə çıxış edib. Rəqib isə bütün oyunlarda məğlub olub.
Rəşad Eyyubovun komandası bu gecə ilk qələbəsini qazanıb.
Avropa çempionatı, seçmə mərhələ
18 noyabr (çərşənbə axşamı)
22:00 Cəbəllütariq (U-21) 0:1 Azərbaycan (U-21)
Qol: Murad Məmmədov (54')
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula (Rumıniya)
Dördüncü hakim: George Katalin Roman (Rumıniya)
“Europa Point Stadium”



