Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununun hakimləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı rumıniyalı hakimlər idarə edəcək.

18 noyabr (çərşənbə axşamı)

22:00 Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula

Dördüncü hakim: George Katalin Roman

"Europa Point Stadium"