Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbol milli komandamız barədə paylaşım edib. 

Offsideplus.az xəbər verir ki, İ.Əliyev minifutbol üzrə dünya çempionu olan Azərbaycan milli komandasına təbrik ünvanlayıb.

"Azərbaycan minifutbol yığmasını dünya çempionatında qazandığı möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu tarixi nailiyyət ölkəmizin idman uğurlarına parlaq bir səhifə əlavə etdi. Komandamızın əzmkarlığı, birlik ruhu və peşəkarlığı hər bir azərbaycanlının qürur mənbəyidir. Sizə gələcək yarışlarda da davamlı uğurlar arzulayıram", deyə ölkə başçısı qeyd edib.

Xatırladaq ki, dünya çempionatının finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edən yığmamız titula yiyələnib. 

View this post on Instagram

A post shared by @presidentaz