"İlk növbədə bütün xalqımızı təbrik edir, bu gözəl qələbəni bütün xalqımıza ərməğan edirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri dünya çempionatı finalında Macarıstanı məğlub edən (4:2) Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev söyləyib.
"Rəhbərliyimizi, əməyi olan hər kəsə təbriklərimi çatdırıram. Çox möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır", mütəxəssis qeyd edib.
"Daha öncə dünya çempionatında üçüncü yer uğrunda matçda Macarıstana məğlub olan yığmamız rəqibdən qisas aldı?" sualına E.Quliyev belə cavab verib:
"Qisas adlandırmayaq. Futbolda uduzmaq da, udmaq da olur. Qismət bu günə imiş. Üçüncü yerdənsə, çempionluq daha yaxşıdır".