Azərbaycan futbol yığmasının növbəti beynəlxalq yoldaşlıq görüşləri üçün heyəti mayın 23-də açıqlanacaq.
Offsideplus.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Fernandu Santuş ənənəyə sadiq qalaraq heyətə çağırılan futbolçuların adlarını mətbuat konfransında səsləndirəcək.
Mətbuat konfransı mayın 23-də saat 16:00-da AFFA-nın inzibati binasında başlanacaq.
Qeyd edək ki, yığmamız iyunda 2 yoxlama matçı keçirəcək. İyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya kollektivinin qonağı olacaq milli komandamız bundan 3 gün sonra Mərdəkandakı “Liv Bona Dea Arena”da Macarıstanı qəbul edəcək.