21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) iki yoldaşlıq görüşü keçirəcək.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında mayın 26-da Bakıda təlim-məşq toplanışı start götürəcək.
İyunun 2-də yığmamız Belarusa uçacaq. Gənc futbolçularımız iyunun 6-dək Belarusun paytaxtı Minskdə keçiriləcək hazırlıq prosesində yerli komanda ilə yoxlama matçında qüvvəsini sınayacaq. Oyun iyunun 4-də Minskdə gerçəkləşəcək.
Daha sonra Bakıya qayıdacaq U-21 iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlanacaq.
Xatırladaq ki, bu, 2 ay öncə milli komandanın baş məşqçisi təyin edilən Ayxan Abbasov üçün növbəti sınaq olacaq. O, bu ilin martında debüt matçında Moldova üzərində 2:0 hesablı qələbəyə sevinmişdi. İkinci oyunda isə Makedoniya komandası ilə yoldaşlıq görüşü isə heç-heçə (0:0) nəticələnmişdi.