Argentina millisində zədə səbəbindən itkilər davam edir.
Offsideplus.az xəbər verir ki, Leo Messi və Paulo Dibaladan sonra komandanın əsas hücumçularından biri olan Lautaro Martines də heyətdən kənarlaşdırılıb.
“İnter”in hücumçusu zədə səbəbindən Argentina yığmasının düşərgəsini tərk edib. Bununla da, baş məşqçi Lionel Skaloni ön xəttdə ciddi seçim çətinliyi ilə üzləşib.
Qeyd edək ki, Argentina millisi yaxın günlərdə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti matçlara çıxacaq.