UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində millimiz sabah Slovakiya ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan - Slovakiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin üzvü Elvin Cəfərquliyev fikirlərini bölüşüb:
“Oyuna çox ciddi hazırlaşırıq. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qələbə ilə azarkeşlərimizi sevindirəcəyik. Bu gün Estoniya ilə matçımıza baxmışıq. Müdafiə xəttində bəzi səhvlərimiz var idi. Qələbə qazana bilərdik. Birinci hissədə kifayət qədər qol vəziyyətlərimiz oldu. İmkanlardan yararlanmayanda rəqib səni cəzalandırır. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq. Yüksək keyfiyyətə malik futbolçularımız var. Ümid edirəm ki, komanda şəklində daha yaxşı oynayacağıq”.