"Beşiktaş"ın ulduzu milli karyerasını yekunlaşdırıb.
Offsideplus.az xəbər verir ki, Əl-Musrati Liviya yığmasından ayrılıb.
Futbolçu açıqlamasında qərarı istəyərək vermədiyini bildirib:
"Bu qərara istəyərək gəlmədim. Millidə vəziyyət heç də yaxşı deyil. Qaldığımız yerlər əlverişsizdir. Səyahətlərimiz çətin olur və menecerlərimiz heç də peşəkar deyil".
Qeyd edək ki, 28 yaşlı oyunçu yığmanın heyətində meydana çıxdığı 33 matçda 2 qol vurmağı bacarıb.