"Atletiko"nun 33 yaşlı ulduzu Antuan Qrizmann Fransa Milli Komandasından karyerasını bitirdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 137 matçda 44 qol vuran futbolçu sosial şəbəkədəki açıqlamasında "Bu gözəl macəraya görə təşəkkür edirəm, tezliklə görüşərik" deyib.
Qrizmann 2018 Dünya Kuboku və 2021 UEFA Millətlər Liqasında qazandığı qələbələrlə unudulmaz uğur qazanıb.