Uruqvayın əfsanəvi futbolçusu Luis Suares milli komandada son dəfə meydana çıxmağa hazırlaşarkən duyğusal anlar yaşayıb.

Offsideplus.az xəbər verir ki, göz yaşları içində təqaüd qərarını açıqlayan təcrübəli hücumçu, Sentenaryo stadionunda keçirdiyi mətbuat konfransında bu cümə günü Paraqvayla oynanacaq oyunla milli karyerasını başa vuracağını bildirib.

Ölkəsinin ən məhsuldar oyunçusu olan Suares "Milli komanda üçün hər şeyimi verdim, rahat şəkildə ayrılıram. Doğru vaxtın gəldiyini bilmək mənim üçün ən böyük qürurdur" - deyə qeyd edib.