21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın Lüksemburqa qarşı matçının hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, sentyabrın 6-da Eş-syur Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda keçiriləcək oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Dezir Qrundbaher olacaq.

Avropa Çempionatı
6 sentyabr
Lüksemburq U-21 - Azərbaycan U-21
Baş hakim:
 Dezir Qrunbaher
Baş hakimin köməkçiləri: Matthias Sbrissa, Guillaume Maire
Dördüncü hakim: Anojen Kanagasingam
Emile Mayrisch. Saat 21:30