19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq.

Offsideplus.az xəbər verir ki, U-19 İspaniyadakı hazırlıq zamanı 3 yoldaşlıq görüşü keçirəcək.

Komanda sentyabrın 4-də Şotlandiya, bundan iki gün sonra Niderland, sentyabrın 9-da isə Uelsin müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələcək.