Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün yarımfinal matçında İngiltərəyə məğlubiyyətdən (1:2) sonra komandasının çıxışını şərh edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis futbolçularının böyük potensiala malik olduğunu deyib:

"Gələcəyə ümidliyəm. Bu komanda və futbolçular çox şeyə qadirdir. Kollektivi gücləndirə biləcək daha çox futbolçumuz var. Birlikdə yaxşı iş gördük. Finala yaxın idik, amma alınmadı. Komandamla fəxr edirəm".

Qitə turnirinin finalında İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Qarşılaşma iyulun 14-də keçiriləcək.