Argentina yığmasının futbolçusu Anxel di Mariya milli karyerasını bitiəcək.

Offsideplus.az xəbər verir ki, Amerika Kubokunun final matçı onun üçün sonuncu oyun olacaq.

36 yaşlı yarımmüdafiəçi buna hazır olmadığını, amma vaxtı çatdığını qeyd edib:

"Uzun illərdir bu forma üçün tər tökürəm. Amerika Kubokundakı final oyunu mənim üçün sondur. Buna hazır deyiləm, amma vaxtı çatıb".

Argentina sözgedən turnirin finalında Uruqvay - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.