İngiltərə yığmasının hücumçusu Harri Keyn komandasının Avropa çempionatına qələbə ilə başlamasını şərh edib.

Offsideplus.az xəbər verir ki, Qaret Sautqeytin yetirmələri Serbiya millisindən üstün olub - 1:0. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.

“Asan olmadı, amma layiqincə qalib gəldik. Biz bilirdik ki, bu gün çətin olacaq, çünki Serbiyada çoxlu yaxşı oyunçular var və rəqib ciddi təhlükə yaradırdı. İkinci hissədə elə bir dövr oldu ki, öz cərimə meydançamızda sancıldıq və çıxmaq bizim üçün qəliz oldu. Ancaq yekunda 3 xal qazandıq. Turnirə qələbə ilə başlamaq xoşdur”, - Harri Keyn BBC-yə açıqlamasında bildirib.