Fernandu Santuşun Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə təyinatı rəsmən açıqlandı.
69 yaşlı mütəxəssis bu günə qədər nə ilə yadda qalıb? Offsideplus.az yığmamızın yeni baş məşqçisinin karyerası ilə bağlı məlumatları diqqətinizə çatdırır.
Oktyabrın 10-da 70 yaşını tamamlayacaq Santuş Portuqaliyanın "Estoril" (1988-1994), "Estrela Amadora" (1994-1998), "Portu" (1998-2001), "Sportinq" (2003-2004), "Benfika" (2006-2007), Yunanıstanın AEK (2001-2002, 2004-2006), "Panatinaikos" (2002), Makedoniyanın PAOK (2007-2010) və Türkiyənin "Beşiktaş" (2024) klublarını çalışdırıb. Tanınmış mütəxəssis 2010-2014-cü illərdə Yunanıstan, 2014-2022-ci illərdə Portuqaliya, 2023-cü ildə Polşa millisinin sükanı arxasında olub.
Baş məşqçilik karyerası ərzində 8 titul qazanıb. F.Santuş "Portu" ilə 1 dəfə Portuqaliya çempionu olub, 2 dəfə Portuqaliya Kuboku və Portuqaliya Super Kuboklarını (2) əldə edib. 2001/02 mövsümündə AEK-lə Yunanıstan Kubokunu qazanıb. Karyerasının iki böyük tituluna isə Portuqaliya millisində yiyələnib. Belə ki, Fernandu Santuş yığma ilə AÇ-2016 və Millətlər Liqası (2019) çempionu olub.