Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq.

B Liqasının İ qrupunun III turunun matçı Ərzincanda baş tutacaq. Əvvəlki iki turda bir xal toplayan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda ilk qələbə üçün mübarizə aparacaq.

Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 4-də keçirəcək. Yığmamız Türkiyəni qəbul edəcək.

AVRO-2025-in seçmə mərhələsi
B liqası, İ qrupu
31 may
21:00. Türkiyə - Azərbaycan
Baş hakim: Aleksandra Kollin (Fransa)

Ərzincan 13 Şubat stadionu