Azərbaycan -Malta oyununda əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılan Mahir Mədətov İctimai televiziyada yayımlanan "Bol idman" verilişinin qonağı olub.

Offsideplus.az xəbər verir ki, o, aparıcının ona ünvanladığı "sizi niyə fitə basırlar" sualını gülərək cavablandırıb: "Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq.. Niyə fitə basıldığımı bilmirəm. Haqqımda mənfi yazılanlar barədə deyə bilərəm ki, Arsenal ilə oyundan sonra niyə belə etdiklərini anlamıram.  İştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm”.
 
Sosial şəbəkə hesabında paylaşdıqlarına görə qınanılan futbolçu, daha paylaşım etmədiyini deyib: "Arsenal ilə oyundan əvvəl Qurban müəllim sosial şəbəkədən isifadə etməyimi qadağan etdi. Paylaşımlarına gəldikde isə, düşünürəm Seriff-lə oyunan sonra emosiyalaera qapılıb, yanlış etmişdim".
 
Xatırladaq ki, Malta ilə oyunda fitə basılmasından təsirlənən futbolçu oyundan sonra ağlayıb.