UEFA Millətlər Liqasında 5-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin yer aldığı C liqasının 3-cü qrupunda Qazaxıstan Belarusu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 13-ə çatdıran Qazaxıstan millisi sonuncu turun nəticəsindən asılı olmayaraq qrup liderliyini təmin edib. Komanda növbəti mövsümdə B Liqasında mübarizə aparacaq.

Xatırladaq ki, qrupun digər oyununda bu gün millimiz Slovakiyanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.