"İnter Mayami" Amerika Kubokunda Argentina ilə çempion olan Lionel Messinin şəfərinə xüsusi mərasim təşkil edib.

Offsideplus.az xəbər verir ki, mərasim komandanın ev oyunundan əvvəl baş tutub.

Meydançanın orta dairəsində 45 rəqəmi əks edilib. Messinin ətrafında isə 45 uşağın hər birinin əlində onun qazandığı titullar əks olunub.