AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
O, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupu çərçivəsində keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.
İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.