Kamerunlu keçmiş futbolçu Landri Nquemo avtomobil qəzasında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı keçmiş "Bordo" futbolçusu və sürücüsü Kamerunda yük maşını ilə toqquşub. Hər ikisi təcili yardım gələnə qədər dünyasını dəyişib.

Nquemo karyerası ərzində "Nansi", "Seltik", "Bordo", "Sent-Etyen", "Akhisar Bələdiyyəspor", "Kayserispor" və "Konqsvinseq" klublarında çıxış edib.