İyunun 3-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Offsideplus.az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Saat 10:00-da başlayacaq iclasın gündəliyini diqqətinizə çatdırırıq:

1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi

2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr

3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi

4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi

5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması

6. Digər məsələlər.